XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

28 Dekabr 2018 - 14:30

Məşhur amerikalı alim-nəzəriyyəçi:"Əvvəl-axır müharibəsiz yemək, təmiz su əldə etmək mümkün olmayacaq"


Yapon əsilli dünyada tanınmış amerikalı alim-nəzəriyyəçi Mitio Kaku insanların əvvəl-axır Yer kürəsini tərk etməli olacaqlaırı deyib.

O, bunu özünün “İnsanlığın gələcəyi” ktabında yazıb. Amerikalı alim bir vaxtlar Yerdəki canlı varlıqların 99,9%-nin tələf olduğunu xatırladıb. Buna görə müxtəlif səbəblər göstərilir.

Buraya iqlim dəyişikliklərindən tutmuş, supervulkanın püskürməsinə və ya 100 milyon əvvəl hansısa meteroitin düşməsinə qədər hər şey aiddir. Həmin vaxtdan bu yana planetimiz bütün canlıları yox edə biləcək, hətta onun bütövlükdə məhv edəcək bütün kataklizmlərdən qaça bilib”, -deyə ekspert qeyd edib.

Amerkalı nəzəriyyəçi vaxtilə İndoneziyada 75 min il əvvəl Toba vulkanın püskürməsi nəticəsində Yer üzündə 2 min insanın qaldığını bildirir. Bu vulkan nəticəsində planetdə temperatur bir neçə ilə ərzində birdən-birə 15 dərəcə aşağı düşüb.

“Məhz onlar bizim yer üzünün hər yerinə yayılan nəsillərimizin Adəm və Həvvasına çevrildi”, – amerikalı nəzəriyəçi belə bir fərziyyə irəli sürüb.

Onun sözlərinə görə, insanlar Yer kürəsini həm də bəşəriyyətin inkişafı nəticəsində tərk edə bilər: Belə ki, hazırda Yer kürəsinin əhalisi hər 12 ildən bir 1 milyard daha artır. Əvvəl-axır müharibəsiz yemək, təmiz su əldə etmək mümkün olmayacaq. Bu isə bəşəriyyəti on illərlə geri atacaq.

Mitio Kaku əsas qorxulu gəlişmə kimi qlobal istiləşməni görür. O, ildən-ilə artan bu prosesin və bununla bərabər okeanların səviyyəsinin artmasının qarşısını almağın mümkün olmadığını vurğulayıb. (musavat.com)