XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

17 Yanvar 2019 - 13:04

“Uğur insanı ulduz edər, xarakter isə əfsanə” –Əfsanəvi boksçunun adı hava limanına verildi

Məşhur amerikalı əfsanəvi boksçu Məhəmməd Əlinin adı bbir zamanlar yaşadığı Kentuki əyalətindəki hava limanına veriləcək.

Türk mətbuatının verdiyi məlumatlara görə,  idman dünyasında “bütün zamanların ən böyüyü” kimi tanınan və 2016-cı ildə 74 yaşında dünyasını dəyişən əfsanəvi boksçu Məhəmməd Əlinin adı bir zamanlar yaşadığı Kentuki əyalətindəki hava limanına veriləcək.  Hava limanı bundan sonra  “Məhəmməd Əli adına  Luisvill  Beynəlxalq Aeroportu” adlandırılacaq.

Xatırladaq ki, bu qərar Məhəmməd Əlinin doğum günündən bir gün əvvəl qəbul edilib. Əfsanəvi boksçu yaşasaydı, bu gün O, 77 yaşını qeyd edəcəkdi.