XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

23 Fevral 2016 - 07:48

Nikaraquada məhbus sayı türmələrin tutumundan 2 dəfə çoxdur –8 mini azad edilib

turme-1

 

Nikaraquada 8 mindən çox məhbus dolmuş türmələrin boşaldılması məqsədi ilə azadlığa buraxılıb.

 

Report.az xəbər verir ki, bu barədə hökumətə istinadən "Frans Press" məlumat yayıb.

 

Məlumata görə, 5 ilədək həbs müddəti olan 8 min 149 dustaq azadlığa buraxılıb. Bundan əlavə, 94 əcnəbi cəzasının qalan hissəsini öz vətənində çəkmək üçün ölkədən göndərilib.

 

Vaxtından tez azad edilmə prosesi 2014-cü ildən başlayıb və bu günə qədər davam edib. Hazırda Nikaraqua türmələrində nə qədər dustağın olduğu açıqlanmır.

Bununla belə, ötən il ölkənin penitensiar müəssisələrində 10.5 min dustağın olduğu bildirilir ki, bu da Nikaraqua türmələrinin tutumundan iki dəfə çoxdur.