XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

21 Yanvar 2019 - 12:33

Xüsusi təyinatlılara uçmağa imkan verən geyim dəsti hazırlanır –VİDEO

Böyük Britaniya Kral Dəniz Qüvvələri əsgərlərə yerdən bir neçə metr hündürlükdə uçaraq hərəkət etməyə imkan verən xüsusi geyim dəstinin sınaqlarını keçirir.

Strateq.az “AzeriDefence”yə istinadən bildirir ki, uçuş dəsti sürətli manevr etməyə, mina və maneəli sahələrdən keçməyə imkan verəcək. “Gravity Industries” şirkəti tərəfindən yaradılan uçuş kostyumu hazırda Limpstondakı Xüsusi Təyinatlı Tədris Mərkəzində sınaqdan çıxarılır.

5 mühərrikə malik uçuş dəstinin kreyser sürəti  22.35 m/saniyədir. Bu qurğunun yaxın iki il ərzində sınaqlarının tamamlanması və xüsusi təyinatlılara verilməsi nəzərdə tutulur.