XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Yanvar 2019 - 14:37

Yaşayış üçün əlverişli olan ən yaxşı şəhərlər- SİYAHI

“Resonance Consultancy” şirkətinin hazırladığı “Dünyanın ən yaxşı şəhərləri” (“World’s Best Cities) versiyasına görə, Dubay yaşayış üçün əlverişli olan ən yaxşı şəhərlərin reytinqində doqquzuncu yeri tutub və Yaxın Şərq regionunun ən yaxşı meqapolisi elan edilib.

Dünyanın yaşayış üçün əlverişli olan ən yaxşı on şəhərinin siyahısına London, Paris və Nyu-York başçılıq edirlər.

Reytinq 6 əsas parametr – təbiət və şəhərin ətraf mühitinin keyfiyyəti, görməli məkanlar və infrastruktur, sahibkarlığın inkişafı, immiqrantların sayı və incəsənət, əyləncə və kulinariyanın inkişafı əsasında hazırlanıb.

Dubayın reytinqdə yüksək yer tutmasının başlıca amilləri cinayətkarlığın aşağı səviyyəsi, şəhər məhəllələrinin inkişafı, əlverişli iqlim şəraiti və açıq havada istirahət etmək imkanlarıdır(azərtac).