XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2019 - 14:31

“Lockheed”:"2023-cü ildə F-35A-nın qiyməti 80 milyondan az olacaq"

“Lockheed Martin” F-35A “Lightning II Joint Strike” təyyarələrinin satış qiymətinin gələn il 80 milyon dollar olacağını bildirib. Bununla yanaşı firma növbəti istehsal xətti ilə bağlı Pentaqonla aparılan kontrakt danışıqlarının bir hissəsi kimi proqramın ümumi xərclərini də azaltmağı planlaşdırır.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə kompaniyanın Ortaq Proqram Bölməsi məlumat yayıb.

Növbəti ildən artıq bir ədədi 80 milyon dollara olacaq təyyarələrin 2023-cü il satış qiymətinin 80 milyon dollardan da az olması gözlənilir. Buna səbəb kimi isə ABŞ Müdafiə Nazirliyi ilə aparılan danışıqlar nəticəsində çoxillik kontraktın imzalanması göstərilir.

Qeyd edək ki, hazırda F-35A-nın qiyməti 89,2 milyon, F-35B-nin 115,5 milyon, F-35C-ninki isə 107,7 milyon dollar dəyərindədir.