XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Yanvar 2019 - 18:31

Qatarlara “ağıllı” pəncərələr quraşdırılacaq- Yaponiyada

Yaponiyanın “JR Kyushu” dəmir yolu şirkəti “NTT DoCoMo” yerli rabitə operatoru ilə birgə qatarlarda pəncərələri faydalı məlumatların göstərilməsi funksiyası ilə təchiz etməyi planlaşdırır. Bundan ötrü şüşələrin üzərindən şəffaf displeylər quraşdırılacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər ki, yeni pəncərələrdə sorğu kitabçasından informasiya, təyinat nöqtəsinə çatma vaxtı və digər faydalı məlumatların göstəriləcəyi güman edilir.

Məlumatlar real vaxt rejimində yenilənəcək. Pəncərələrin idarəetməsi sensor və səsli interfeyslər vasitəsilə həyata keçiriləcək.