XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

01 Fevral 2019 - 12:05

ABŞ-da naməlum şəxs öz hesabına evsiz insanları otellərə yerləşdirib –Şaxtalar sovuşana qədər

Çikaqonun hakimiyyət orqanlarının verdiyi məlumata görə, bu şəhərin bir sakini Çikaqoda evsiz insanların şaxtalar sovuşana qədər mehmanxanada qalması haqqını ödəyib.

Strateq.az AZƏRTAC-a istinadən xəbər verir ki, cümə axşamı Çikaqoda havanın hərarəti mənfi 32 dərəcəyə düşüb. Evsizlər üçün düşərgədə “Nicat ordusu” tərəfindən qurulmuş çadırlardan birində insanların qızınması üçün istifadə edilən qaz balonu partlayıb. Yanğın söndürüləndən sonra şəhərin yanğınsöndürmə xidməti həmin düşərgənin bağlanmasını tələb edib, çünki düşərgədə qaz balonları olması arzuedilməz nəticələrə gətirib çıxara bilər.

“Nicat ordusu” düşərgəsinin təşkilatçıları evsizləri harada yerləşdirməyi götür-qoy edincə bir xeyirxah naməlum şəxs şaxtalı günlərin sonuna kimi 70 nəfər evsiz insanın mehmanxanada qalması haqqını ödəməyi təklif edib. Evsizlər dərhal Çikaqonun cənubundakı mehmanxanada yerləşdiriliblər. Bu xeyirxahlığı etmiş şəxs Çikaqonun hakimiyyət orqanlarından onun adını çəkməməyi xahiş edib.