XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 February 2019 - 10:22

Türkiyədəki yeraltı şəhər- Turistlər üçün ən cəlbedici məkanlardan birinə çevrilib

Türkiyənin Bayburt vilayətinin Aydıntəpə rayonunda yerləşən yeraltı şəhər 2018-ci ildə 15 min 500 nəfər tərəfindən ziyarət olunub.

Azərtac xəbər verir ki, təsadüf nəticəsində aşkarlanan bu nadir məkan 2-2,5 metr dərinlikdə yerləşir. Buradakı otaq və salonlar heç bir tikinti aparılmadan oyma və qazma işləri nəticəsində qurulub. Uzunluğu təxminən 1 kilometr olan bu yeraltı şəhərin tavanında işıqlandırma və havalandırma məqsədilə açılan dəliklər mövcuddur.