XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

06 Fevral 2019 - 14:07

“Salvardda yaşamağa kim razı olar?” –Ermənilər Naxçıvanla sərhəd kəndlərində yaşamaq istəmirlər - FOTOLAR

Salvardın 60 yaşlı sakini Geor Qalstyanbu kənddə yaşayışın mümkün olmadığını deyir. “Yerli rəhbərlik deyir ki, kənddə 418 nəfər sakin var, amma əslində bu rəqəmin yarısı qədər adam qalmayıb. Burada qalanlar ancaq 50-60 yaşlı qocalardır”– deyə kənd sakini gileylənir.

Sakinlər onu da qeyd edirlər ki, bura da digər sərhəd kəndləri kimi hökumətin yadından çıxıb. Sonuncu dəfə bura hansı məmurun gəlməsini heç kəs xatırlamır. Kənddə yol, su, yanacaq problemi də kasıb erməniləri bezdirib. Kəndin ənənəvi yanacağı ancaq təzəkdir. Ailə saxlamağa imkanı olmadığı üçün barmaqla sayılası oğlanlar hətta evlənə bilmirlər. Sadəcə heç kim onlara qız vermir- deyə kənd sakini Andranik Qalstyan deyir. “Biz uşaqlarımızı bu kənddən uzaqlaşdırmağa çalışırıq. Çünki yeməyə bir şey tapa bilmirik. Ət və süd qıtlığı var.

Svetlana Şirinyan adlı sakinin isə ən böyük arzusu mavi yanacaqla yanan qaz piltəsinin üzərində yemək bişirməkdir. “21-ci əsrdir. Mən ancaq yuxuda görürəm ki, qaz piltəsinin üzərində yemək bişirirəm. Axı ömrümüz gedir. Bizim hökumət isə bizə baxmaq istəmir və bizi çoxdan unudub”, – deyə qadın gileylənir.

Ermənistanın Naxçıvanla sərhəd kəndi olan Salvardda mağaza da yoxdur. İmkansız ermənilər gündəlik tələbatlarına uyğun olan bütün ərzağı almaq üçün 60 km aralıdakı şəhərə gedirlər. O da ayda bir dəfə. Zavallı ermənilərin sonuncu ümidlərini qıran isə yeni hökumət və onun başçısı Nikol Paşinyandır. Onun yaratdığı “inqilabi hökumət” isə bütün işləri düzəltmək əvəzinə daha da korlayıb-bunu da miskin ermənilər deyir.

Yazıda o da vurğulanır ki, Salvard kəndinə gələn ermənilərlə bağlı tarix 1828-ci ildən başlayır. Qeyd olunur ki, 1828-ci ildə İranın Xoy və Səlmas ərazilərindən bir neçə erməni ailəsi köçərək burada məskunlaşıblar. Bu isə ermənilərin qədim Azərbaycan torpaqlarına köçürülmə olduğunu elə özləri tərəfindən bir daha təsdiq edir. (Nuhçıxan)