Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin “Arsenal” komandası ilə ilk oyunu (2:0) “Barselona” üçün əlamətdar olub.
Strateq.az azertag.az-a istinadən xəbər verir ki, qarşılaşmada Kataloniya təmsilçisi klub tarixinin 10 mininci rəsmi qolunu vurub. Bu qolun müəllifi “Arsenal”la görüşdə dubla imza atan Lionel Messi olub.
Qeyd edək ki, “Barselona” 10 min qolu 4 min 375 rəsmi matça vurub. Bu isə hər oyuna 2.28 qol deməkdir.