XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

24 Fevral 2016 - 21:03

“Facebook”da yenilik- Gülüş, qəzəb, kədər, təəccüb...

 

160224155739_facebook_624x351_ap_nocredit

 

"Facebook" sosial şəbəkəsi postların altında "like" düyməsinin funksiyasını genişləndirib. İstifadəçilər üçün səhifədəki postun onda doğurduğu emosiyanı daha dəqiq əks etdirən "emojini" seçmək imkanı yaradılıb.

 

BBC xəbər verir ki, indi "like" düyməsini basarkən istifadəçi 5 emosional reaksiyadan birini seçə bilər – bunlar gülüş, qəzəb, kədər, təəccüb və sevgini ifadə edən "emojilərdir".


Yeni funksiya bir neçə ay ərzində İspaniya və İrlandiyada sınaqdan keçirilib. Hazırda bu funksiyadan bütün "Facebook" istifadəçiləri istifadə edə bilir.

 

Bundan əvvəl "Facebook"un yaradıcısı Mark Zuckerberg bildirmişdi ki, "dislike" ("bəyənmirəm") düyməsinin də əlavə edilməsi üzərində düşünür. Lakin sonradan bundan imtina edildi. Şirkət mənfi rəylərin sayının həddən çox ola biləcəyindən ehtiyat etdi.

 

"Facebook" sosial şəbəkəsinin gündəlik auditoriyası 1 milyarddan çoxdur. Şirkət bu rəqəmi 2030-cu ilədək 5 milyarda çatdırmaq istəyir.