XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

15 Fevral 2019 - 16:54

Məşhur geyim brendindən nəsli kəsilməkdə olan heyvanlara dəstək aksiyası  –FOTO

Dünya şöhrətli moda markası “Lacoste” maraqlı addım atıb. Şirkət dünyada nəsli kəsilmək təhlükəsi yaşayan  10 heyvan növünü əks etdirən polo köynəklər istehsal edib.

Strateq.az bildirir ki, “Lacoste” özünün tanınmış timsah loqosunu nadir quş, sürünən və məməlilərin logosu ilə dəyişərək bu addımla nəsli kəsilməkdə  olan heyvanlara diqqət çəkib. Hər bir seriyadan çıxarılan köynək sayı heyvanların vəhşi təbiətdə qalan saylarına uyğunşaldırılıb.

Ötən həftə Paris moda həftəsində bu köynəklərin nümayişindən yığılan pul bu il 70 ili tamam olan “Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi”nə (İUCN)  verilib.

Təqdim olunan 10 növ və köynəklərin siyahısı bunlardır:

Vaquita (Kaliforniya körfəz donuz balığı)  – 30

Burma tısbağası (Burmese roofed turtle) – 40

Şimali gəlincik lemuru (northern weasel lemur) – 50

Javan gərgədanı – 67

Cao-vit meymunu – 150

Kakapo tutuquşu – 157

Kaliforniya kərkəsi – 231

Yalançı körkəröküz (Soala, ətyeyən) – 250

Sumatra pələngi – 350

Anegada torpaq iquanası –  450

“Lacoste” heyvanlar üçün başlatdığı kampaniyanı tviter vasitəsilə paylaşıb. Ümumilikdə 1775 köynək istehsal edilib və satılıb.

Qeyd edək ki,  “Lacoste” 1993-cü ildə tenisçi Rene Lacoste və Andre Gillier tərəfindən qurulan fransız şirkətidir. Şirkət geyim, ayaqqabı, eynək, dəri əşyalar, ətir, dəsmal və saat istehsal edir.