XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

18 Fevral 2019 - 14:41

Türkiyədə çətənə yetişdiriləcək? –Nazirdən maraqlı açıqlama

 

Türkiyədə çətənə yetişdiriləcək.

Strateq.az  Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli deyib.

Onun sözlərinə görə, çətənənin yetişdirilməsi dövlətin ciddi nəzarəti altında davam edəcək:

“Bizim məqsədimiz tərkibində narkotik maddələrin olmadığı texniki sortların yetişdirilməsidir”.

Nazir əlavə edib ki, çətənənin texniki sortları kənd təsərrüfatı, səhiyyə, tekstil sənayesi, tullantıların təkrar emalı və digər sahələrdə istifadə olunacaq.

O qeyd edib ki, ilkin olaraq çətənə ölkənin 19 vilayətində əkiləcək.