XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

26 Fevral 2016 - 13:31

“Panasonic” yeni smartfonunu nümayiş etdirib

Windows 10 Mobile FZ-F1

 

Yaponiyanın “Panasonic” şirkəti yeni smartfonunu təqdim edib. “Windows 10 Mobile” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “FZ-F1” modelinin qiyməti 1500 dollar təşkil edir.

 

Azertag.az  “igate.com”a istinadla xəbər verir ki, yeni qurğu həm "Windows 10 IoT Mobile Enterprise”, həm də “Android” əməliyyat sistemləri ilə işləyir.

 

Smartfonun qiymətinin bahalığı onun mühafizəli olması ilə əlaqədardır. Qurğu 1,8 metr hündürlükdən düşməyə davamlıdır. Keçirilən sınaqlar zamanı smartfon 1 metr hündürlükdən 2 min dəfə atıldıqdan sonra işləməkdə davam edib. Həmçinin, smartfon toza və suya davamlı olmaqla suyun 1 metr dərinliyində 30 dəqiqə qala bilir.