XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

02 Mart 2019 - 15:16

Maykl Ceksonun “Neverland” rançosu satışa çıxarılıb- 31 milyon dollara

Amerikalı müğənni Maykl Ceksonun “Neverland” rançosu 31 milyon dollara satışa çıxarılıb.

Azərtac “The Wall Street Journal” nəşrinə istinadla xəbər verir ki, 2015-ci ildə rançoya 100 milyon dollar, 2017-ci ildə isə 67 milyon dollar qiymət qoyulmuşdu. İndi isə malikanə ilkin qiymətindən demək olar ki, üç dəfə ucuz satılır.

Malikanə Santa-Barbara şəhərindən (Kaliforniya ştatı) 64 kilometr məsafədə yerləşir. Üç qonaq evi, kinoteatr, tennis kortu, hovuz və bir neçə yardımçı bina da daxil olmaqla, rançonun tikililərinin sahəsi 1,2 min kvadratmetrdən çoxdur.

Maykl Cekson rançonu 1987-ci ildə 19,5 milyon dollara almışdı və 15 ildən artıq burada yaşamışdı.

Məşhur amerikalı müğənni, bəstəkar, prodüser və rəqqas Maykl Cekson 13 “Grammy” mükafatı laureatı, həmçinin bir neçə fəxri mükafatın sahibidir. Bütün dünyada onun səs yazılarının 1 milyarddan çox nüsxəsi satılıb. “Forbes” jurnalının məlumatına əsasən, Maykl Cekson mədəni irsi ölümündən sonra da gəlir gətirən tanınmış insanların reytinqinə başçılıq edir. Müğənni 2009-cu ildə 50 yaşında vəfat edib.