XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Mart 2019 - 12:40

ABŞ-ın Nyu-Cersi ştatının sakini lotereyada 273 milyon dollar udub

ABŞ-ın Nyu-Cersi ştatında adı açıqlanmayan bir sakin “Mega Millions” lotereyasının cek-potunda 273 milyon dollar udub.

Bu məlumatı lotereyanın təşkilatçıları veriblər. Onların bəyanatında deyilir ki, uduşlu bilet Filippsburq şəhərinin yanacaqdoldurma məntəqələrindən birində satılıb. Lotereya oyunu zamanı çıxan 29, 33, 39, 60, 66 nömrələri və 21 nömrəli “Mega Ball” bilet sahibinə böyük sərvət qazandırıb.

AZƏRTAC xəbər verir ki, bu böyük məbləği udan şəxs iki variantdan- həm 30 il müddətində pulu aylıq ödənişlərlə almaq, həm də bütün məbləği birdəfəlik götürmək imkanından istifadə edə bilər. Sonuncu variantda daha çox vergi ödəmək lazım gələcək. Qalib şəxs vergiləri ödədikdən sonra 162,6 milyon dollar alacaq. O, ştatın qanunlarına görə, identifikasiyadan keçməlidir.

“Mega Millions” lotereyasının cek-potu yanvarın 1-dən udulmamış qalırdı. Həmin vaxtadək Nyu-Yorkda bir təşkilatın 23 işçisi 437 milyon dollarlıq uduş əldə etmişdi.