XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

05 Mart 2019 - 17:10

Vladimir Kliçkoya 40 milyon dollar təklif edilib –Rinqə qayıtması üçün

  Tanınmış ukraynalı boksçu Vladimir Kliçkonun yenidən rinqə qayıtması üçün 40 milyon dollar təklif edilib.

Təklif olunan müqavilə əsasında Kliçko üç döyüşə çıxmalıdır. Birinci döyüş Almaniyada ən güclü onluqda olan boksçu ilə, ikinci və üçüncü döyüşlər isə Entoni DjouşTayson Fyuri ilə olmalıdır. Əgər razılıq olsa, hər üç döyüş may, sentyabr və dekabr aylarında keçiriləcək.

Qeyd edək ki, 2017-ci ilin avqust ayında ağır çəki üzrə sabiq dünya çempionu Vladimir Kliçko karyerasına son qoyduğunu rəsmən bəyan edib. Vladimir Kliçko 1996-cı ildən peşəkar boks yarışlarında çıxış etməyə başlayıb. O, WBO, IBO, IBFWBA versiyaları üzrə dünya çempionu olub. 1996-cı ildə Atlantada keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanıb. 21 illik karyerasında 69 döyüşü olub, onlardan 64-də qalib gəlib.  (Azərtac)