XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

08 Mart 2019 - 22:22

Göyərtəsində manken olan ilk kommersiya kosmik gəmisi uğurla eniş edib –FOTO

Crew Dragon kosmik gəmisi ABŞ-ın Florida ştatının sahilindən 360 km-lik yaxınlıqda Atlantik okeanında uğurla suya enib.

Strateq.az  “Amerikanın Səsi”nə istinadən bildirir ki, cümə günü səhər saatlarında kosmik gəminin avadanlığı yoxlanıldıqdan sonra o, Harmony modulundan ayrılaraq Beynəlxalq Fəza Stansiyasını tərk edib. Kosmik gəminin göyərtəsində Ripli adlı maneken olub. Manekenin üzərində SpaceX şirkətinin hazırladığı skafandrı sınamaq və insana düşən təzyiqi öyrənmək üçün xüsusi sensorlar quraşdırılıb.

Crew Dragon kosmonavtika tarixində ilk insan tərəfindən idarə olunan kommersiya gəmisidir. NASA-nın planlarına görə, o və onun rəqibi Boeing şirkəti XX əsrin 60-cı illərində Amerika kosmonavtikası üçün astronavtları Beynəlxalq Fəza Stansiyasına çatdırmaq üçün istehsal olunmuş Rusiyanın “Soyuz” gəmilərini əvəz etməlidirlər.