“Mauqli” ləqəbli tanınmış azərbaycanlı kikboksçu Zabit Səmədov Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşüb.
O, bu barədə instaqramda məlumat verib. Prezidentlə şəkillərini paylaşan idmançı ürək sözlərini belə ifadə edib:
“Rəcəb Tayyip Ərdoğanla tanış olmaq şərəfinə nail oldum. Allah ondan razı olsun”, – deyə Zabit paylaşımına yazıb. (Publika.az)