XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

29 Fevral 2016 - 13:45

Toy sifarişi gözləyən Bakı Olimpiya Stadionunda yeni xidmətlər də açıldı –Açıqlama

olimpiya-stadionu

 

“Hələki Bakı Olimpiya Stadionunda toy etmək üçün müraciət edən olmayıb”.

 

Bu sözləri  Bakı Olimpiya Stadionunun mətbuat xidmətinin rəhbəri Cəmilə Mehdiyeva deyib. O qeyd edib ki, stadionla maraqlananlar olsa da, konkret iş hələ ki yoxdur.

 

Martın 19-da keçiriləcək toy mərasimi bardədə xəbərə gəlincə, C.Mehdiyeva heç də hər şeyin yazıldığı kimi olmadığını vurğulayıb:

 

“Əslində, martın 19-da heç bir toy planlaşdırılmır. Bu yanlış məlumatdır. Bunu media səhv olaraq yayımladı. Doğrudur, stadiona maraq yüksəkdir. Bu təcrübə dünyada 43 ildir ki tətbiq olunur, amma Azərbaycanda bu, ilkdir. Toyla bağlı müəyyən tarix, sifariş yoxdur. Biz yalnız məkanı icarəyə veririk, bütün təşkilat işlərini sifarişçi özü görür”.

 

Toydan fərqli olaraq, C.Mehdiyeva stadionda artıq digər xidmətlərin istifadəyə verildiyini qeyd edib:

 

“Hal-hazırda burada sürücülük kursları var. Böyük ərazimizdə təhlükəsizlik kursları keçirilir. Burada şirkətlərin göndərdikləri sürücülər və fərdi şəxslər üçün müxtəlif hava şəraitləri, duman, qar, yağış fonu yaradılır. Bundan əlavə, stadionun ikinci mərtəbəsində idman barı açılıb ki, burada canlı yayımda müxtəlif matçları izləmək olar. Eyni zamanda, müxtəlif oyunlar, məsələn, bu yaxınlarda kvestlər təşkil olunacaq. Azərbaycanda belə əyləncə komputer qarafikasında var, sadəcə, biz bunun real oyununu təşkil edəcəyik.

Əlavə olaraq turlar keçirilir, gündə 2-3 məktəbin şagirdləri bizə gəlir, fanatlar da gəlib stadiona baxır. 3 mini futbol meydançası da tikilir, onlar yaxınlarda icarəyə veriləcək, hər kəs gəlib burada futbol oynaya bilər.

Eyni zamanda stadionumuzda tez-tez müxtəlif komandaların, o cümlədən “Neftçi” və  “Qəbələ”nin məşqləri keçirilir. 6-cı günlər Velosiped İdman Federasiyası ilə birlikdə veloyürüş təşkil olunur”.

 

Modern.az