XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

09 Aprel 2019 - 22:17

Erməni güləşçini məğlub edən idmançı:"Qələbəmi Aprel şəhidlərinin ruhuna ithaf edirəm"

“Gördüyünüz kimi, çox çətin səbətə düşmüşdüm. Finala qədər güclü rəqiblərlə qarşılaşdım. Bununla belə, titulumu qoruya bildim”.

Bunu Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanan Hacı Əliyev (65 kq) deyib.

28 yaşlı idmançı yarışın ağır keçdiyini vurğulayıb. O, növbəti dəfə Avropa çempionu olduğu üçün şad olduğunu söyləyib: “Qələbəmi Aprel şəhidlərinin ruhuna ithaf edirəm. Düzdür, bu, onları geri qaytarmayacaq. Ancaq ümid edirəm ki, bununla az da olsa, ruhlarını şad etmiş olaram. Yavaş-yavaş formamın zirvəsinə çatıram. Ancaq dayanmaq olmaz. Daha da artırmaq lazımdır. Çünki bizi çox güclü dünya çempionatı gözləyir. Ona çox yaxşı hazırlaşmalıyıq”.

Qeyd edək ki. Hacı Əliyev 1/8 final mərhələsində Ermənistan güləşçisi Vazgen Tevanyanı məğlubiyyətə uğradıb.