Cəlilabad rayonunda un kisəsindən heyvan sümüyü çıxıb.
Bu barədə Report-a Şatırlı kənd sakini məlumat verib.
Belə ki, rayon mərkəzindəki mağazalardan birindən alınan 50 kq-lıq əla növ un kisəsindən sümük tapılıb.
Bu sümüyün iribuynuzlu heyvanın diz nahiyəsinin bir hissəsi olması məlum olub.
Yerli sakin undan istifadə etməyi təhlükəli hesab edib.