XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

18 Aprel 2019 - 16:55

Macarıstan Parlamenti dünyanın ən gözəl görməli yerlərininilk onluğundadır

Budapeşt parlamenti dünyanın turizm baxımından ən yaxşı görməli yerlərinin onluğuna daxil edilib.

Azərtac xəbər verir ki, bunu “Stasher” qlobal turizm şəbəkəsinin apardığı və yekunları https://stasher.com/best-tourist-attractions saytında dərc olunmuş tədqiqatlar göstərir.

Reytinq tərtib edilərkən “TripAdvisor” icmallarından tutmuş təhlükəsizliyə qədər müxtəlif amillər nəzərə alınıb.

“Stasher” turizm baxımından 99 görməli yerdən ibarət siyahı tərtib edib. Bu siyahıda Budapeşt parlamentinin binası 9-cu yerdə qeyd edilib. Bu yeri onunla ABŞ-dakı Qreyt-Smoki-Mauntis parkı bölüşür. Tədqiqatların nəticəsinə görə, “Plaza de Espana” turizm baxımından dünyada ən yaxşı görməli yer hesab edilib. Alp dağlarındakı populyar alpinizm obyekti olan Matterhorn zirvəsi siyahıda ikinci, Fransanın “Puy du Fou” tematik parkı isə üçüncü yerdədir. Onluğu Hollividin “Şöhrət Xiyabanı” tamamlayır.