XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 April 2019 - 22:14

Bill Qeytsin sərvəti açıqlandı –100 milyard dolları ötüb

Bill Qeytsin varidatı 20 ildə ilk dəfə 100 milyard dolları ötüb.

Bu, “Microsoft”un səhmlərinin qiymətinin artması ilə izah edilir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hazırda Bill Qeyts dünyanın ən zəngin insanlarının siyahısında ikinci yeri tutur.

“Amazon” internet şirkətinin qurucusu Ceff Bezos liderdir. Onun sərvəti 153,2 milyard dollar təşkil edir.

Bill Qeyts 1996-dan 2007-ci ilədək və 2009-dan 2016-cı ilədək planetin ən zəngin insanı adına layiq görülüb. O, 2008-ci ilin iyununadək “Microsoft”un direktoru olub, indi isə direktorlar şurasının sədri vəzifəsində çalışır.