XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

25 Aprel 2019 - 10:39

Olimpiya çempionu müsahibə verərkən huşunu itirdi –VİDEO 

Voleybolçu qadınlar arasında ikiqat olimpiya çempionu Jaklin Karvalyu Braziliya Superliqası matçı zamanı müsahibə verərkən huşunu itirib. 

“Report”un məlumatına görə, 36 yaşlı idmançı “SESI San-Paolo” və “EMS Taubate” komandaları arasında görüşün gedişində jurnalistlərə müsahibə verərkən gözlənilmədən gözlərini yumub və yıxılmağa başlayıb. Onu operator və müxbir tutub. Hadisə yerinə dərhal meydan sahiblərinin həkimi özünü çatdırıb. Həkim bildirib ki, voleybolçu zaldakı isti nəticəsində qan təzyiqinin kəskin enməsi səbəbindən huşunu itirib.

Qeyd edək ki, Jaklin Karvalyu Braziliya millisinin heyətində 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi olub. Onun aktivində dünya çempionatlarının iki gümüş medalı da var.