Fələstinlilərin yaşadığı ərazidə az qala hər gün güllə səsi eşidilir.
Rusiyanın “İzvestiya” qəzetinin əməkdaşı Qəzza zolağında olub, fələstinlilərin dolanışığı ilə maraqlanıb. “Reuters” əməkdaşı ilə birlikdə xeyli fotolar çəkiblər.
Jurnalistin təəssüratı belədir ki, Fələstində heç də hamı terrorçu deyil.
Sadə camaat daha çox dolanışığı fikirləşir. Kənd təsərrüfatını inkişaf etdirməyə çalışırlar.
Bu mübahisəli torpaqlarda min illərlə zeytun əkilib. İndiki fələstinlilər də əcdadlarının ənənələrini davam etdirir.
Qəzza zolağında böyük badam bağları var. Han-Yunis bölgəsində insanlar taxıl zəmiləri salıb. Hətta arıçılıq da inkişaf etdirilir.
Kartofun ən yaxşısı Qəzza sektorunun şimalındakı Beyt-Lahiya bölgəsində olur. Fələstinin bərəkətli torpağı var, hamıya çatacaq qədər meyvə-tərəvəz əkmək mümkündür. Çoxlu ərik yetişir.
Burada hətta ananasa da rast gəlmək olar. (Bizimyol.info)