XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

03 Mart 2016 - 08:48

Əmir Teymur və onun sərkərdələrinin bioqrafiyası araşdırılıb

 

teymur

 

 

Özbəkistan mətbuatı yazır ki, Rusiyanın Novosibirsk Dövlət Universitetinin mütəxəssisləri dünyada ilk dəfə olaraq Əmir Teymur fenomeni və onun 12 ən yaxşı sərkərdəsinin bioqrafiyasını ətraflı araşdırıblar.

 

 

Alimlər qrupunun rəhbəri Leonid Bobrov jurnalistlərə bildirib ki, Əmir Teymurun sərkərdələrini şərti olaraq 3 qrupa ayırmaq olar. Birinci qrupa böyük istedada malik sərkərdələri, ikinci pilləyə vəzifəyə görə sərkərdə olanları – buraya Əmir Teymurun silahdaşlarının törəmələri olan hərbçiləri aid etmək olar. Bunlar vəzifələrini atalarından miras kimi alanlardır.

 

Ən nəhayət üçüncü qrupa necə deyərlər “anadangəlmə sərkərdələr” daxildir ki, bunlar da Əmir Teymurun varisləri olan şəxslərdir. Onları şəxsən Əmir Teymur özü müharibələrə hazırlaşdırıb.

 

 

Materialda bildirilir ki, Əmir Teymur və onun sərkərdələri haqda aparılan araşdırmalar 2016-2017-ci illərdə dərc olunacaq.