XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

01 İyun 2019 - 18:34

İslam Bankında virtual əməkdaş işə başlayıb- FOTO

Bəhreyndə inteqrasiya olunmuş islam bank xidmətlərinin aparıcı təchizatçısı olan İslam Bankı özünün ilk virtual əməkdaşını işə götürdüyünü elan edib.

Azərtac “tradearabia.com” portalına istinadla xəbər verir ki, Dana adlı virtual əməkdaş maksimum sadə portfel məhsulları və xidmətlərinin yaradılması prosesində yaradıcı texnologiyaların işlənib hazırlanması ilə məşğul olacaq. Bankın bəyanatında deyilir ki, bu, Bəhreyn İslam Bankının müştərilər üçün bank prosedurlarının sadələşdirilməsindən ibarət olan, müştərilərə hər gün asan və rahat tranzaksiya etmək imkanı verən məqsədlərinə cavab verir.

Dana rəqəmsal şəkildə texniki və maliyyə meyilləri haqqında məsləhət və ideyalar verməklə, rəqəmsal platformalarda bankla müştərilərin qarşılıqlı fəaliyyətinin yaxşılaşdırılmasına dəstək göstərməklə, bank məhsulları və xidmətləri haqqında informasiyanın ictimaiyyətə çatdırılmasında mühüm rol oynayacaq.