XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

05 İyun 2019 - 00:15

Buynuz təbəqəsinin köçürülməsi üzrə yeni texnologiya- 4 min nəfərin görmə qabiliyyəti bərpa edilib

Buynuz təbəqəsinin “Femto LDV Z8” texnologiyasının köməyi ilə köçürülməsi üzrə yeni lazer texnologiyası əlçatan donor orqanlarının sayını iki dəfə artırmağa imkan verəcək.

Bu barədə Sauthempton Universitet xəstəxanasının həkimləri bildiriblər. Onların sözlərinə görə, ötən il buynuz təbəqəsinin köçürülməsi yolu ilə 4 min nəfərin görmə qabiliyyəti bərpa edilib. Lakin hələ də donor toxuması çatışmazlığı müşahidə olunur. Lazerin üstünlüyü onun dəqiqliyi və buynuz təbəqəsinin toxumasını iki ultra nazik hissəyə bölməyə imkan verməsidir. Bu, həmin növ əməliyyatın keçirilə biləcəyi pasiyentlərin sayının artmasına səbəb ola bilər.

Buynuz təbəqəsinin belə dəqiq bölünməsi bir donor toxumasının iki pasiyentə köçürülməsinə imkan yaradacaq. Beləliklə, bir göz alması donoru dörd pasiyentin görmə qabiliyyətinin bərpasına kömək edəcək.

Yeni texnologiyanın köməyi ilə buynuz təbəqəsinin köçürülməsi üzrə ilk əməliyyat 36 yaşlı Deniel Heklinq üzərində aparılıb. Əməliyyat mayın 28-də keçirilib və hazırda həkimlər pasiyentin görmə qabiliyyətinin bərpa olunacağını gözləyirlər. Heklinq buna qədər keratokonus, yəni buynuz təbəqəsinin nazikləşməsi və düzgün forma almaması ilə müşayiət olunan göz xəstəliyindən müalicə alırdı. Bu xəstəlik bulanıq görməyə və işıqdan qorxmaya səbəb olur(azərtac).