Estoniya sakini beynəlxalq «Viking Lotto» lotereyasından 1 milyon avro udub.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu, Estoniya üçün rekord uduş məbləği sayılır.
«Eesti Loto» dövlət qurumunun məlumatına görə, bu vaxta qədər ölkədə lotereyada bundan böyük məbləği qazanan olmayıb. Qalib lotereya biletini internet yolu ilə almışdı.