"Renault-Nissan" alyansı dörd il ərzində avtomatik idarə olunan 10 avtomobil buraxacaq.
"Renault" şirkətinin baş direktoru və "Renault-Nissan" Direktorlar Şurasının sədri Karlos Qon bildirib ki, ilk avtomobil 2016-cı ildə təqdim olunacaq. Onun sözlərinə görə, avtomobillər hərəkət zolağı daxilində sürücüsüz hərəkət funksiyasını daşıyacaq. Bu avtomobillərin satışına 2020-ci ildə ilk olaraq ABŞ, Avropa, Yaponiya və Çində start veriləcək.
Azertag.az