XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

14 İyul 2019 - 12:45

Paraşütlə tullanan 10 yaşlı qız rekorda imza atdı –Video

Rusiyanın Yekaterinburq şəhər sakini Karolina Çörnıx paraşütlə tullanan ən gənc ekstremalçı kimi Rusiyanın Rekordlar Kitabına düşüb. 

10 yaşlı qız təlimatçı ilə bərabər 2,5 min metr hündürlükdən tullanıb.

“Mənə ümumiyyətlə qorxulu deyildi! Üçə qədər sayıb tullanmaq lazım idi, amma biz artıq “iki” deyəndə tullandıq! Mən hətta gülürdüm, bizi kamera çəkirdi. İndi 4000 metrdən tullanmaq istəyirəm”, – deyə gənc rekordçu bildirib.

Qızın anası Yelenanın sözlərinə görə, paraşütlə tullanma Karolinanın arzusu idi. Ana qeyd edib ki, qızı indi Elbrus zirvəsini (5642 m) fəth etmək istəyir və artıq məşqlərə başlayıb.  /Qafqazinfo