XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

17 İyul 2019 - 14:28

Dünyanın ən təhlükəsiz şəhərləri- SİYAHI

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi dünyanın ən təhlükəsiz şəhərləri siyahısında növbəti dəfə birinci yeri tutub.

“Numbeo” tədqiqat xidmətinin dərc etdiyi məlumata görə, təhlükəsizliyin səviyyəsi barədə araşdırma cəmi 328 şəhərdə aparılıb və nəticədə birinci üçlüyə Əbu-Dabi, Doha (Qətər) və Kvebek (Kanada) daxil edilib. Daha sonra siyahıda Taypey, Münhen, Dubay, Sürix, Bern, Honkonq və Türkiyənin Əskişəhəri yer alıb.

Ən təhlükəli şəhərlər siyahısında isə ilk onluğa Karakas (Venesuela), Pitermaritsburq (Cənubi Afrika Respublikası), Port-Morsbi (Papua – Yeni Qvineya), üç Cənubi Afrika şəhəri – Pretoriya, Durban və Yohannesburq və üç Braziliya şəhəri – Fortaleza, Salvador və Rio-de-Janeyro daxildir(azərtac).