XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

15 Yanvar 2016 - 17:48

Kraliçanın ad günündə sadə insanlar da iştirak edəcək[color=red] – Pulunu ödəməklə

Britaniya kraliçası II Yelizavetanın 90 yaşının qeyd olunacağı ziyafətə sadə insanlar da qatıla biləcək. Yetər ki, ziyafət üçün tələb olunan 150 funt-sterlinqi ödəmiş olsunlar.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, açıq havada keçiriləcək ziyafət üçün dəvətnamələr gələn aydan satışa çıxarılacaq.

Kraliçanın nəvəsi Peter Filips ziyafətin unudulmaz olacağını bildirib. Onun sözlərinə görə, 10 min qonağın iştirak edəcəyi mərasimdə sadə vətəndaşlardan da 1000 nəfər qatılacaq. Dəvətli qonaqlardan fərqli olaraq onlar giriş üçün qeyd olunan məbləği ödəməli olacaqlar.

Ziyafətin karnaval tərzində keçməsi üçün əlindən gələni edəcəyini deyən Filips bütün xərclərin sponsorlar tərəfindən ödənəcəyini bildirib.

Qeyd edək ki, kraliçia ikinci Yelizaveta Britaniyanın ən uzunömürlü hökmdarı hesab olunur.