XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 August 2019 - 19:02

Rus alimlərdən yenilik –Robotlara müstəqil qərar qəbul etmək öyrədildi

Rusiya Elmlər Akademiyasının alimləri süni intellektə sahib robotların dəyişən mühitdə qərar qəbul edə biləcəyi proqram təminatını hazırlayıblar.

AZƏRTAC ren.tv saytına istinadla xəbər verir ki, robotlar iş mühitinin qeyri-müəyyənliyi və dəyişkənliyi şəraitində detalları emal edərkən özləri alətlərin hərəkət trayektoriyalarını və rejimlərini müəyyənləşdirir və düzəliş aparır.

Alimlərin sözlərinə görə, robotlar hətta güc əməliyyatlarının icrası zamanı 0,5 millimetr dəqiqliklə hərəkət edirlər. Robot iş sahəsinin virtual obrazını qurmaq və onun yerini tanımaq imkanına malikdir. Bu obraz əsasında süni intellekt öz iş alətlərinin hərəkət trayektoriyalarını müəyyən edir.