XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

03 Avqust 2019 - 10:00

Yaponiyada uçan motosikllərin satışına başlanılır- FOTO

Tokioda yerləşən “ALI Technologies Inc.” startap şirkəti uçan motosikllər üçün sifarişlərin qəbuluna başlayır.

Azərtac Jiji Press agentliyinə istinadla xəbər verir ki, pilotsuz kiçik aparatların yaradılması ilə məşğul olan bu startap şirkəti payızda keçiriləcək “Tokyo Motor Show” avtomobil sərgisində həmin məhsulunu nümayiş etdirməyi planlaşdırır.

Yeni texnologiyaların istifadə edildiyi həmin aparat əsasən, imkanlı əcnəbilər üçün nəzərdə tutulur. İlkin sifarişlər əsasında təqribən 100-dək motosiklin satışı nəzərdə tutulur. Təqribən yerdən 10 metr hündürlükdə uçan bu motosikllərin maksimal sürəti saatda 200 kilometrə çatır.