XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

04 Avqust 2019 - 10:30

İsraildə həvarilərin məbədi tapıldı –Tiveriad gölünün sahilində

Tiveriad gölünün sahilində (Qaliley dənizi və Kineret gölü kimi də məşhurdur) qədim kilsənin qalıqları aşkar edilib.

İlkin ehtimala əsasən, bu kəşf əfsanəvi Həvarilər məbədinin qalıqlarıdır.

Arxeoloqlar mərmər, divar mozaikası və mozaik döşəmə qalıqları tapıblar. Dağıntıların yaşı 1400 ildən çoxdur.

Tədqiqatçıların fikrincə, kilsə dağıntılarının aşkar edildiyi ərazidə əvvəllər qədim Vifsaida kəndi yerləşib. Sonradan isə bu ərazi şəhərə çevrilib. “Əhdi-Cədid” (xristian Müqəddəs Yazılarının ikinci bölməsi. Əhdi-Cədidə, həmçinin İncil kitabı deyilir) kitabına əsasən, İsa Peyğəmbər məhz burada korun gözlərini açıb və 5 min ac insanı 5 tikə çörək və iki balıqla doydurub.

Həvarilər məbədi isə Pyotr və Andrey adlı həvarilərin evlərinin yerində inşa edilib.

Qeyd edək ki, bir müddət əvvəl İsrailin cənubundakı Rahat şəhərində VII-VIII əsrə aid məscid tapılmışdı. /Oxu.az