XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

16 Sentyabr 2019 - 23:39

Dünyada ilk dəfə günəş enerjisi ilə işləyən lift hazırlanıb- Bu ölkədə

İspaniyanın “Fain Ascensores” şirkəti “ION Green Solar” ekoloji liftini hazırlayıb.

Azərtac bu barədə İspaniya KİV-lərinə istinadla xəbər verir.

Layihə müəlliflərinin sözlərinə görə, bu, dünyada günəş enerjisi ilə işləyən ilk lift olacaq və bununla da zərərli atmosfer tullantılarının azalmasına şərait yaradacaq.

Liftin ekoloji olmasından ötrü mütəxəssislər yüksəkdavamlı poladdan istifadə sayəsində kabinənin çəkisini 30 faiz azaldıb, yeni dartma qüvvəsi və “KERS” enerjinin rekuperasiyası sistemini əlavə ediblər.

Mütəxəssislərin hesabladığı kimi, lift cəmi 400 Vt, yəni təxminən saçqurudandan istifadədə sərf olunduğu qədər enerji sərf edir. Bu isə elektrik enerjisinə 96 faiz qənaət və karbon qazı tullantısının 86 faiz azaldılması deməkdir.

Bundan başqa, xilasetmə sistemi sürətə elektron şəkildə nəzarət edilən batareyalarla işləyir.