XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

26 Sentyabr 2019 - 20:13

İspaniyalı Ana Botin dünyada ən nüfuzlu qadın hesab edilib- FOTO

“Santander” bankının rəhbəri, ispaniyalı Ana Botin “Fortune” jurnalının versiyası üzrə dünyada ən nüfuzlu qadın hesab edilib.

Azərtac xəbər verir ki, keçən il Ana Botin bu reytinqdə ikinci yeri tuturdu.

Ana Botinin bu uğurunu onunla əlaqələndirirlər ki, “Santander” bankı Latın Amerikası ölkələrində, xüsusən Meksika və Braziliyada çox populyardır.

İkinci yeri Britaniyanın “GlaxoSmithKline” əczaçılıq nəhənginin rəhbəri Emma Uolmsli, üçüncü yeri isə “Gree Electric Appliances” şirkətinin sədri və prezidenti çinli Donq Minqju tutub.