XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Sentyabr 2019 - 10:00

Ukraynada ikibaşlı körpə dünyaya gəlib

Ötən gecə Ukraynanın cənub-qərbində ikibaşlı uşaq dünyaya gəlib.

Bu barədə “UNİAN” xəbər agentliyi məlumat yayıb.

Qeyd edilir ki, qızın bir bədəni üzərində iki başı var.

Siam əkizi doğulan xəstəxananın baş həkiminin sözlərinə əsasən, normadan yayınma hələ ultramüayinə zamanı müəyyən edilmişdi. Lakin ilk doğuşunu keçirən ana hamiləliyi dayandırmaqdan imtina etmişdi.

Qeyd edilir ki, ikibaşlı körpə vaxtından qabaq – hamiləliyin 33-cü həftəsində dünyaya gəlib.

Uşağın vəziyyətinin normal olduğu bildirilir. /Oxu.az