XƏBƏR LENTİ

23 Oktyabr 2019
22 Oktyabr 2019

Digər Xəbərlər

30 Sentyabr 2019 - 15:58

NASA-dan təklif:Adınızı Marsa göndəriləcək mikroçipə yaza bilərsiniz

NASA Aerokosmik Agentliyi arzu edən hər kəsə öz adını Marsa göndərməyi təklif edir.

AZƏRTAC bu barədə agentliyin “Twitter” səhifəsinə istinadla xəbər verir.

“Öz adınızı Mars-2020 aparatı vasitəsi ilə qırmızı planetə göndəriləcək mikroçipə yazın”, – NASA-nın təklifində belə deyilir. Bunun üçün NASA-nın rəsmi saytındakı formanı doldurmaq tələb olunur.

Missiya 2020-ci ilin yay aylarında Marsa yollansa da, formanı sentyabrın 30-u Şimali Amerika şərq vaxtı ilə saat 23:59-dək (Bakı vaxtı ilə oktyabrın 1-i saat 08:59) doldurmaq lazımdır. Adınızın Marsa göndərilməsini istəyirsinizsə, bunun üçün hələ vaxtınız var.

Son məlumata əsasən, artıq 10 milyon 300 mindən çox insan adını Marsa göndərmək istəyir. Onlardan ən çoxu türkiyəli (2,5 milyon nəfər), hindistanlı (1,69 milyon nəfər) və ABŞ vətəndaşlarıdır (1,37 milyon nəfər).