XƏBƏR LENTİ

23 Oktyabr 2019
22 Oktyabr 2019

Digər Xəbərlər

06 Oktyabr 2019 - 10:00

Türkiyədə 5700 illik uşaq skeleti tapılıb

Ərazisində dünyanın ən qədim yaşayış məskənləri yerləşmək baxımından Türkiyə xüsusilə seçilir. Bu mənada qardaş ölkədə 5700 illik uşaq skeleti tapılması təəccüblü görünmür.

Malatyadakı qədim Arslantəpə şəhərciyində çox əhəmiyyətli tarixi tapıntı aşkar edilib. Romadakı La Sapientsa universitetinin professoru Marsel Frangipan və Hacettəpə universitetindən Yılmaz Səlim Erdalın başçılıq etdiyi tədqiqat qrupu skeletin uşağa məxsus olmasına əmindirlər. Uşağın vəfat zamanı təxminən 6-7 yaşında olması ehtimal edilir.

Maraqlıdır ki, skelet yaşayış yerində tapılıb. Frangipan bunun həmin dövrün ənənələri ilə əlaqələndirir. Onda uşaqlar evdə dəfn olunurdu. Evin ortasında çuxur düzəldib cəsədi ora qoyurdular.

Frangipanın dediyinə görə, uşağın qollarında bilərzik, boynunda boyunbağı olub. Böyük ehtimalla, balaca travmadan həyatını itirib. Yılmaz Səlim Erdal hesab edir ki, uşaq varlı ailədən olub. Yoxsa hər skeletdə bilərzik və boyunbağına rast gəlinmir. /Bizimyol.info