XƏBƏR LENTİ

23 Oktyabr 2019
22 Oktyabr 2019

Digər Xəbərlər

06 Oktyabr 2019 - 11:00

İstiqlal Marşını oxuyub 1 milyon qazandı –VİDEO

Türkiyənin ATV telekanalında yayımlanan “Kim Milyoner Olmak İster?” proqramında 19 yaşlı Arda Ayten adlı iştirakçı 1 milyon türk lirəsini qazanmağa müvəffəq olub.

Burada diqqət çəkən məqam isə Ardaya ünvanlanan sonuncu sual olub. Ondan Türkiyənin İstiqlal Marşında (dövlət himni) təklif olunan dörd cavabdakı sözlərdən (“Vətən”, “qan”, “torpaq”, “yurd”) hansının digərlərindən daha az istifadə olunduğu soruşulub.

Bu suala doğru cavab vermək üçün 19 yaşlı iştirakçı İstiqlal Marşını əzbərdən söyləyib və doğru cavabı tapıb. 1 milyon türk lirəsini qazanan gənc sevinc göz yaşlarına boğulub.

Qeyd edək ki, İstiqlal Marşının sözləri Məhməd Akif Ərsoya, musiqisi isə Osman Zəki Üngörə məxsusdur. /

Qafqazinfo.az