XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 October 2019 - 20:15

Putin doğum gününü Sibirdə keçirəcək –Payızdan zövq almaq istəyir

Rusiya Prezidenti Vladimir Putin ad günü ərəfəsində Sibir tayqasına səfər edib.

Dövlət başçısının səfərində əsas məqsəd təbiət qoynunda payız fəslindən zövq almaqdır.

Prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib ki, bu səfərlə bağlı foto və video materiallar bu gün gecə yarısına doğru hazır olacaq və yayımlanacaq.

Bundan başqa, sözcü əlavə edib ki, Prezident oktyabrın 7-də qeyd edəcəyi doğum gününü təbiətdə, yaxınları və ailəsi ilə birlikdə qeyd etməyi planlaşdırır. /Oxu.az