XƏBƏR LENTİ

14 Dekabr 2019
13 Dekabr 2019

Digər Xəbərlər

08 Oktyabr 2019 - 22:09

İsveç Kralından sensasion qərar:beş nəvəsini kral ailəsinin üzvləri sırasından xaric edib

İsveç Kralı daxili yerdəyişmə nəticəsində beş nəvəsini kral evinin üzvləri sırasından xaric edib.

AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, şahzadə Aleksandr, şahzadə Qabriyel, şahzadə Leonor, şahzadə Nikolas və şahzadə Adriyenna daha əlahəzrət sayılmayacaqlar və rəsmi vəzifələr icra etməyəcəklər.

Bununla belə, onlar hersoq və hersoginya titullarını saxlayacaqlar. Kral XVI Karl Qustavın adından açıqlanmış qısa bəyanatda deyilir ki, dəyişikliklər barədə qərar kral ailəsinin hansı üzvlərinin rəsmi vəzifələr icra edəcəklərini dəqiq göstərmək üçün razılaşdırılıb. Qeyd edək ki, şahzadə Estel və şahzadə Oskar vəliəhd şahzadə Viktoriyanın və şahzadə Daniilin övladları olduqları üçün öz kral titullarını saxlayıblar.