XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 October 2019 - 15:57

DÇ-2022:KXDR və Cənubi Koreya yığmaları 29 ildən sonra Pxenyanda qarşılaşdı

Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə Cənubi Koreyanın futbol üzrə milli komandaları 29 ildən sonra Pxenyanda qarşılaşıblar.

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən oyun qolsuz heç-heçə ilə yekunlaşıb. Matça azarkeşlər və əcnəbi jurnalistlər buraxılmayıb. Bununla belə, görüşü canlı izləyənlər arasında FIFA prezidenti Canni İnfantino da olub.

Bu komandalar 2010-cu il dünya çempionatının seçmə mərhələsində də eyni qrupa düşüblər. Həmin vaxt KXDR rəqibini Çində qəbul edib.

Qeyd edək ki, 3 turdan sonra H qrupunda liderliyi bölüşən hər iki komandanın hesabında 7 xal var/Report.