XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 December 2019 - 16:42

Gürcüstanda keçmiş prezident iqamətgahı satışa çıxarılıb –1840000 lariyə + FOTO

Gürcüstan hökuməti Mestia rayonunda yerləşən keçmiş prezident iqamətgahını elektron hərraca çıxarıb.

Strateq.az “Report”a istinadla xəbər verir ki, obyekt “Biznes üçün 100 investisiya təklifi” kampaniyası çərçivəsində satılır.

Özəlləşdirilməyə çıxarılan obyektə qeyri-kənd təsərrüfatı torpağı və orada yerləşən binalar daxildir.

Keçmiş iqamətgahı almaqda maraqlı olan şəxs və ya şirkət müqavilə imzalanandan 42 aydan çox olmayan müddətdə obyektin otel kimi fəaliyyət göstərməsini təmin etməlidir.

Obyektin başlanğıc qiyməti 1 840 000 lari (1 milyon manatdan çox) təşkil edir.