XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

18 Dekabr 2019 - 18:30

10 yaşlı qız Eynşteyn və Hoakinqi üstələyib- IQ səviyyəsinə görə

Britaniyanın Birmingem şəhərində məktəbli qız “Mensa” təşkilatında yetkinlik yaşına çatmayanlar üçün IQ testindən keçib və 162 bal toplayaraq Albert Eynşteyn və Stiven Hoakinq kimi alimlərin göstəricisini (hər ikisi 160 bal) üstələyib.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə “The Sun” yazıb.

10 yaşlı Freya Manqotra Birmingem ətrafındakı Ecbastondakı məktəbdə oxuyur. Qız dahi kimi qəbul olunub, artıq qızlar üçün Kral VI Eduard məktəbindən ona təqaüd də təklif olunub.

Manqotranın həmçinin taekvondo üzrə qara kəmər sahibi olduğu, teatr, şahmat, üzgüçülük və Bollivud filmləri üslubundakı rəqslərlə maraqlandığı da məlumdur.