XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2019 - 18:09

Dünyanın ən varlı insanlarının sərvəti bu il artıb- 1,2 trilyon dollar

Cari ildə dünyanın ən varlı 500 insanının ümumi varidatı 25 faiz və ya 1,2 trilyon dollar artıb.

Azərtac Bloomberg agentliyinə istinadla xəbər verir ki, illik “milyarderlər indeksinə” (Bloomberg Billionaires Index) əsasən, hazırda ən varlı 500 insanın varidatı 5,9 trilyon dollar təşkil edir.

Həmin göstəriciyə görə, bu ilin lideri “Christian Dior”, “Louis Vuitton” və “Givenchy” ticarət markalarına sahib olan Fransanın LVMH (Moet Hennessy — Louis Vuitton) kompaniyasının rəhbəri, Bernar Arnodur. Planetimizin ən varlı üçüncü insanının sərvəti ötən illə müqayisədə 36,5 milyard dollar artıb.

Dünyanın ən varlı insanı isə boşanma nəticəsində 9 milyard dollar itirməsinə baxmayaraq, əvvəlki kimi “Amazon” kompaniyasının rəhbəri Ceff Bezosdur.